İranda hərbi bazada 5 əsgər güllələnib

İranda hərbi bazada 5 əsgər güllələnib

22 Yanvar 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

İranda hərbi bazada vəzifə yerinə yetirən əsgər yataqxanada 5 əsgər yoldaşını güllələyib. Hücumdan sonra bazadan qaçan əsgərin tutulması üçün əməliyyat başlanıb.

İranın Kirman şəhərindəki hərbi bazanın yataqxanasında əsgər 5 əsgər yoldaşını güllələyib. İran Ordusunun Cənub-Şərqi Regional Qərargahının komandanı briqada generalı Əmir Qulamalian hücumdan sonra əməliyyata başladığını bildirib.

Naməlum əsgərin yoldaşlarına niyə atəş açdığının hələlik məlum olmadığını bildirən Qulamalian, hücumdan sonra bazadan qaçan əsgərin tutulması üçün əməliyyatın başladığını bildirib. Son məlumata görə hazırda əsgər tutulub…

Oxuməni.az