Xəstəxananı ələ keçirmək istəyən şəbəkə yarıçılpaq şəkildə nəzarətə alındı

Xəstəxananı ələ keçirmək istəyən şəbəkə yarıçılpaq şəkildə nəzarətə alındı

22 Yanvar 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Amerika ölkəsi Ekvadorda zorakılıq hadisələri artmaqda davam edir. Quayas əyalətinin Yaquaçi şəhərindəki xəstəxanaya dəstə üzvləri basqın ediblər. Dəstə üzvləri polisin keçirdiyi əməliyyatla zərərsizləşdirilib. Polis hücum edənlərin xəstəxanada müalicə alan dəstə üzvünü qaçırmaq üçün basqın təşkil edə biləcəyini əvvəlcədən bilib. Xəstəxanaya hücum edən dəstə üzvləri polisin keçirdiyi əməliyyatla zərərsizləşdirilib. Hücum edənlər yarıçılpaq şəkildə yerə uzadılıb, əlləri arxadan qandallanaraq, avtobusa mindirilib və polis bölməsinə aparılıb. Əməliyyat zamanı çoxlu silah və narkotikin ələ keçirildiyi bildirilib.

Yerli mənbələrə görə, 17 milyon əhalisi olan Ekvadorda 20 mindən çox üzvü olan 20-yə yaxın cinayətkar təşkilat var…

Oxuməni.az