ABŞ ordusunda kiçik zabit işləyən Mişel Yanq intihar edib

ABŞ ordusunda kiçik zabit işləyən Mişel Yanq intihar edib

22 Yanvar 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ ordusunda kiçik zabit kimi xidmət edən və İnstaqramdakı paylaşımları ilə fenomenə çevrilən Mişel Yanq intihar edib.

Fitnes və moda məzmunu ilə İnstaqramda fenomen olan 34 yaşlı zabit Mişel Yanq intihar edib.

Xatırladaq ki, gənc qadın 16 il hərbi xidmətdə olub. İlk dəfə təxminən 18 yaşında ikən hərbi xidmətə başlayıb. Bu müddət ərzində o, iki dəfə Əfqanıstanda xidmət edib. Ölüm xəbəri çıxmazdan bir neçə gün əvvəl xanımın İnstaqramda qızı Qreysi üçün ad günü mesajı paylaşaraq, "Tanıdığım ən şirin qıza... Ad günün mübarək" şərhini yazmışdı. "Həyatımın ən gözəl tərəfi sənin anan olmağımdır" deyə bildirmişdi. Mişel Yanq İnstaqramda qadınlar üçün idman geyimləri şirkətində modellik də edirdi.

Yanqın intiharının səbəbi hələlik bəlli deyil.

Oxuməni.az