Canavar  qadını parçalayaraq öldürüb

Canavar qadını parçalayaraq öldürüb

24 Yanvar 11:22
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiya Federasiyasının Kurqan vilayətində canavar insanlara hücum edərək qadını parçalayaraq öldürüb. “Rossiyskaya qazeta”nın yanvarın verdiyi məlumata görə, hadisə gecə saatlarında Ozero Medvejye kurort kəndində baş verib. Canavar 4 nəfərə hücum edib. Onlardan birini- qadını canavar parçalayaraq öldürüb, digər üç zərərçəkən isə xəstəxanaya yerləşdirilib.

"Təəssüf ki, zərərçəkənlərdən birini xilas etmək mümkün olmayıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, həkimlər əllərindən gələni ediblər", - Petuxovski bələdiyyə dairəsinin rəhbəri Anton Volkov bildirib.

Volkovun sözlərinə görə, aqressiv heyvan dərhal məhv edilib. Əvvəllər kənddə belə hallar yox idi. İndi aidiyyatı idarələr ovçularla birlikdə yaxınlıqda başqa yırtıcıların olmaması üçün qabaqlayıcı tədbirlər görür. Küçələr polis nəzarəti altındadır.

Oxuməni.az