Təyyarədən 1,2 milyon dollar oğurlanıb

Təyyarədən 1,2 milyon dollar oğurlanıb

25 Yanvar 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstan , Bədəxşan əyalətinin dağlarında qəzaya uğrayan Rusiyanın "Falcon 10B" təyyarəsindən 1,2 milyon dolların oğurlanması ilə bağlı təhqiqata başlayıb, yerli "Hasht e Subh Daily" qəzeti öz mənbələrə istinadən yazır.

Onun sözlərinə görə, araşdırma əyalət qubernatoru Məhəmməd Əyyub Xalidin göstərişi ilə olub. Hadisənin səbəblərini araşdıran komissiyanın rəhbəri Bədəxşandakı Taliban kəşfiyyatının rəhbəridir.

Anatoli və Anna Evsyukov ailəsi təyyarə qəzasında ölüblər , onlar Volqodonskda dəfn olunacaqlar. Anatoli Evsyukov Volqodonskda "Mashenka", "Avangard" və "Anna" bazarlarını açan sahibkardır. Anna ağır xəstələndiyi Tailanddan Moskvaya tibbi təyyarə ilə aparılırmış.

Uçuş zamanı ekipaj yanacaq çatışmazlığı səbəbindən fövqəladə vəziyyət barədə məlumat verib və Tacikistanın Kulob hava limanına planlaşdırılmamış eniş etmək qərarına gəlib. Daha sonra ekipaj üzvləri birinci və ikinci mühərriklərin nasazlığı barədə məlumat veriblər. Qəzanın səbəblərinin prioritet versiyaları arasında mühərrikin nasazlığı və digər fərziyyələr nəzərdən keçirilir.

Qəzada iki pilot və iki həkim sağ qalıb , onlar müalicə üçün Kabil xəstəxanasına göndərilib. "RİA Novosti"-nin məlumatına görə, sağ qalanlar cümə axşamı, yanvarın 25-də Rusiyaya uçacaqlar.
Qəzadan sağ çıxanlardan biri Əfqanıstanın ən yaxın kəndinə çatıb və jestlərlə kömək istəyib. Kənd sakinləri sağ qalanı Taliban nümayəndələrinin yanına aparıblar. O, İqor Sıvorotkin olub. Sıvorotkin hətta qohumlarına da zəng edə bilib..

Azərbaycanpolisi.az