Dəhşətli qəzada tur avtobusu yanıb və 19 nəfər həlak olu

Dəhşətli qəzada tur avtobusu yanıb və 19 nəfər həlak olu

31 Yanvar 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikada tur avtobusunun yük maşını ilə toqquşması nəticəsində 19 nəfər ölüb, 22 nəfər yaralanıb. Toqquşmanın təsiriylə avtobusun alovlandığını ifadə edən şahidlər, can itkisinin arta biləcəyini də bildiriblər.

Meksikanın Sinaloa ştatında tur avtobusunun yük maşını ilə toqquşması nəticəsində 19 nəfər ölüb, 22 nəfər yaralanıb.

Meksika mətbuatında yer alan xəbərə görə, Qvadalaxara şəhərindən turistləri daşıyan avtobus Elota qəsəbəsində magistral yolda əks istiqamətdən gələn yük maşını ilə toqquşub.

Sinaloa Mülki Müdafiə rəhbəri Roy Navarrete mətbuata verdiyi açıqlamada tur avtobusunun qarşı tərəfdən gələn yük maşını ilə toqquşduğunu təsdiqləyib. Zərbənin təsirindən avtobusun alovlandığını qeyd edən Navarrete ölənlərin sayının arta biləcəyini bildirib.

Qəza ilə bağlı dövlət prokurorluğu araşdırmalara başlayıb.

Oxuməni.az