Qəzəblənən fil sahibini əzərək öldürüb

Qəzəblənən fil sahibini əzərək öldürüb

9 Fevral 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Taylanda dəhşətli hadisə baş verib. Qəzəblənən fil sahibini əzərək öldürüb. «The Straits Times» bildirir ki, Facebook sosial media platformasında yayımlanan görüntüdə Taylandın şimalındakı Nakhon Savan əyalətində filin sahibini əzərək öldürdüyü anlar lentə alınıb.

Görüntünü lentə alan Nattaphak Piluek yerli mətbuata bildirib ki, fil sahibi tərəfindən pul qazanmaq üçün daim insanlara nümayiş etdirilib.

Piluek bildirib ki, hadisə baş verən zaman fil qəfildən narahat olub və sahibinə hücum edib.

Digər şahid Tippavan Kavivon isə, « Fil balasının əlindən alındığını hiss etdiyi üçün sahibinə hücum edib » - deyə bildirib.

Mahaphot Xilasetmə və Fəlakətlərə Yardım Dərnəyinin sədri Kamrai Mokkasak məsələ ilə bağlı verdiyi açıqlamada, filin sahibinin sinəsinə basaraq ağciyərlərinin çökməsinə səbəb olduğunu bildirib.

Oxuməni.az