Beşik əvəzinə sobada yatırılan körpə ölüb

Beşik əvəzinə sobada yatırılan körpə ölüb

12 Fevral 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Kanzas ştatında körpənin səhvən beşik əvəzinə sobada yatırılması nəticəsində öldüyü açıqlanıb. ABŞ prokurorunun verdiyi açıqlamaya görə, anası tərəfindən səhvən sobada yatırılan körpənin xilas edilə bilməməsi bildirilib. Polis, Kanzas ştatında körpənin nəfəs almaması xəbərini aldıqdan sonra hadisə yerinə gedib. Müdaxilə qrupları körpənin yanıq xəsarəti aldığını və hadisə yerində öldüyünü açıqlayıb. Kanadada yayımlanan «CTV News»-in xəbərinə görə, hadisə şahidi ifadəsində, "Ana uşağı yatırıb, ancaq səhvən onu beşik yerinə sobaya qoyub" deyə bildirib.

Prokuror Jean Peters Baker verdiyi açıqlamada: "Biz bu faciənin dəhşətli olması ilə razıyıq. Bu körpənin həyatına görə ürəyimiz sarsılır. İnanırıq ki, ədalət sistemi bu dəhşətli hadisəyə lazımi cavab verəcək".

Bu səhvin necə edildiyi isə ana tərəfindən açıqlanmayıb.

Oxuməni.az