Təyyarə magistral yolda qəzaya uğrayıb

Təyyarə magistral yolda qəzaya uğrayıb

12 Fevral 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Floridada təcili eniş etmək istəyən təyyarə magistral yolda qəzaya uğrayaraq alovlanıb. Təyyarədə olan 5 nəfərdən 3-ü qaça bildiyi halda, 2 nəfər həyatını itirib. Təyyarə qəzaya uğramazdan əvvəl yayılan səs yazılarında pilotun nasazlıq səbəbindən təcili eniş etmək istədiyi eşidilib. Federal Aviasiya İdarəsi bildirib ki, hər iki mühərrik dayandıqdan sonra təyyarə magistral yola düşüb.
Təyyarədə olan 5 nəfərdən üçü, 27 yaşlı Sidney Ann Bosmans, 35 yaşlı Aaron Baker və 23 yaşlı Audra Qrin qaça bilib. Lakin 50 yaşlı pilot Daniel Merfi və 60 yaşlı ikinci pilot Yan Frederik Hofman dünyasını dəyişib.

Oxuməni.az