İtaliyada şəhərə canavarlar gəlib

İtaliyada şəhərə canavarlar gəlib

13 Fevral 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın Roma şəhərindən təxminən 220 kilometr şimalda yerləşən Siena şəhərinin kənarında canavarların şəhərətrafı küçələrdə gəzdiyi görülüb. Roma əfsanəsində simvolu dişi canavar olan məşhur İtaliya şəhəri real həyatda canavarların təhlükəsi altındadır. Canavarlar şəhər ərazilərini zəbt edərkən, İtaliya Şəhər Şurası kömək üçün müraciət edib.

Vəziyyət o qədər narahatlıq doğurub ki, şəhər şurası Ətraf Mühitin Mühafizəsi və Tədqiqat İnstitutuna kömək üçün yazılı müraciət edib.

"Sakinlər arasında narahatlıq hər keçən gün artır" deyən mer məktubunda belə vurğulayıb.

Mer, canavarların qanunvericiliyinə əsasən qorunan bir növ olduğunu bildiyini, lakin ictimai təhlükəsizlikdən narahat olduğunu söyləyib.

Təkcə İtaliya qanunları deyil, həm də canavar ovuna qadağa qoyan Avropa qanunları var ki, bu da görülə biləcək lazımi tədbirləri məhdudlaşdırır...

Oxuməni.az