Antalyanı leysan basdı

Antalyanı leysan basdı

13 Fevral 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Antalyada axşam saatlarında başlayan leysan gecə saatlarında intensivliyini artırıb. Bir çox evlər və iş yerləri su altında qalarkən, şəhər mərkəzinin 5 rayonunda təhsil 1 gün müddətinə dayandırılıb. "Antalyaspor" komandasını daşıyan təyyarə şiddətli yağış səbəbindən planlaşdırılan Antalya hava limanına deyil, Qazipaşa hava limanına enməli olub. Yağışdan yaranan gölməçələr və daşqınlar nəticəsində çoxlu sayda avtomobilə ziyan dəyib.

Oxuməni.az