Kilsənin uçması nəticəsində 1 nəfər ölüb, 52 nəfər yaralanıb

Kilsənin uçması nəticəsində 1 nəfər ölüb, 52 nəfər yaralanıb

14 Fevral 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Filippinin San Xose del Monte şəhərində kilsənin ikinci mərtəbəsinin uçması nəticəsində 1 nəfər ölüb, 52 nəfər isə yaralanıb. Yerli televiziya kanalı «GMA News»-un məlumatına görə, insident çərşənbə günü səhər, fevralın 14-də kilsə mərasimi zamanı baş verib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, kilsənin ikinci mərtəbəsi ağacdan tikilib və bu tikili illər ərzində köhnəlib. Tavan altında insanlar düzüldükcə tavan uçub. Zərərçəkənlərin əksəriyyəti yüngül xəsarətlər alıb.

Kilsə şəhər mühəndisləri və tikinti rəsmiləri tərəfindən vəziyyətin qiymətləndirilməsinə qədər bağlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Xatırladaq ki, fevralın 11-də Orenburq vilayətinin Donskoye kəndində məktəbdə idman zalının da tavanı uçub. Zərər yoxdur. İlkin məlumata görə, çökməyə səbəb damda yığılan qar olub.

Fevralın 10-da isə oxşar hadisə Adıgey Respublikasının kənd məktəbində baş verib. Orada dərs zamanı məktəbin tavanı uçub. Hadisə zamanı bir şagird yaralanıb və xəstəxanaya yerləşdirilib.

Oxuməni.az