Mərmərə dənizində yük gəmisi batıb

Mərmərə dənizində yük gəmisi batıb

15 Fevral 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

İmralı adasının cənub-qərbində Mərmərə dənizində ağır hava şəraiti səbəbindən batan yük gəmisinin 6 nəfərlik heyəti üçün xilasetmə işlərinə başlanılıb.

«Batuhan A» adlı 69 metr uzunluğundakı yük gəmisi saat 06.30 radələrində təcili siqnal göndərib.

Dünən axşam saat 20:00 radələrində Mərmərə adasından yüklü şəkildə üzməyə başlayan gəmi ilə əlaqə səhər saat 07:00 radələrində kəsilib və "təhlükə mərhələsi" elan edilib.

Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsi və Sahil Mühafizəsi Komandanlığının dəniz və hava xilasediciləri gəminin batdığı ehtimal edilən əraziyə istiqamətləndirilsə də, hələlik gəmiyə dair heç bir dəlilin tapılmadığı bildirilib.

Oxuməni.az