İnternet fenomeni dəstə qarşıdurması nəticəsində ölüb

İnternet fenomeni dəstə qarşıdurması nəticəsində ölüb

17 Fevral 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Restorana gedən amerikalı fenomen Niko Honarbaxş narkotiklə məşğul olan dəstə arasında baş verən münaqişənin ortasında qalıb. Çarpaz atəşə tutulan fenomen həyatını itirib.

44 yaşlı amerikalı internet fenomeni Niko Honarbaxş restoranda yemək yeyərkən Meksikada narkotik qruplaşması münaqişəsinin ortasında qalıb. Güllələrin hədəfi olan fenomen həyatını itirib.

Münaqişədə iştirak etməyən, lakin təsadüfən aralıqda qalan Honarbaxş restoranda yemək yeyərkən güllələrə tuş gəlib. Bildirilib ki, əri keçmiş narkotiklərlə mübarizə aparan agent olsa da, Nikonun münaqişə edən dəstələrlə heç bir əlaqəsi olmayıb və hadisə təsadüfən baş verib.

Xatırladaq ki, ömrünü Meksika ilə Amerika arasında keçirən, səyahətləri zamanı çəkdirdiyi foto və videoları İnstaqram hesabında paylaşan Honarbaxş qısa zamanda fenomenə çevrilmişdi.

Oxuməni.az