Ağ tüstüyə görə 15 nəfər təxliyə edilib

Ağ tüstüyə görə 15 nəfər təxliyə edilib

20 Fevral 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın Orexovoy bulvarında yerləşən yataqxana yanğın ehtimalı ilə əlaqədar təxliyə edilib. Bu barədə Oxuməni.az “360” Telegram kanalına istinadən xəbər verir.

Məlumata görə, yataqxanadan 15 nəfər çıxarılıb. Təxliyəyə səbəb havalandırmadan gələn ağ tüstü olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Fevralın 19-da isə Moskva Dövlət Texnologiya və İdarəetmə Universitetinin keçmiş yataqxanasının binasında güclü yanğın baş verib. Hadisə ilə əlaqədar binaya bitişik küçədə avtomobillərin keçidi bağlanıb.

Oxuməni.az