Qəza nəticəsində körpü ikiyə bölünüb və nəqliyyat vasitələri dənizə düşüb

Qəza nəticəsində körpü ikiyə bölünüb və nəqliyyat vasitələri dənizə düşüb

22 Fevral 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Quançjou şəhərində konteyner gəmisi körpüyə çırpılıb. Qəza nəticəsində körpü ikiyə bölünüb və nəqliyyat vasitələri dənizə düşüb, 2 nəfər həyatını itirib.

Çinin Foşan şəhərindən cənubundakı Quançjou bölgəsinə doğru hərəkət edən konteyner gəmisi yerli vaxtla saat 05.30-da Lixinşa körpüsünə çırpılıb. Quançjou şəhəri yaxınlığında Pearl çayı deltasında gəmi körpüyə çırpılıb. Körpüdə olan 2 maşın suya, 3 maşın isə gəmiyə düşüb. Bölgəyə 6 dalğıc və xilasedici gəmi göndərilib. Oxuməni.az Çinin dövlət mediasına istinadən hadisə nəticəsində 2 nəfərin öldüyünü, 1 ekipaj üzvünün yaralandığını, 3 nəfərin itkin düşdüyünü açıqlayıb.

Quançjou Dəniz Administrasiyası qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Oxuməni.az