Magistral yolda avtomobillərə atəş açıblar

Magistral yolda avtomobillərə atəş açıblar

22 Fevral 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

İordan çayının qərb sahilinin Maale Adumim bölgəsində törədilən terror aktı nəticəsində azı bir nəfər həlak olub. On iki nəfər yaralanıb. İki nəfərin vəziyyəti ağırdır.

Üç silahlı fələstinlinin cümə axşamı səhər Qüdsə gedən əsas yolda tıxacda qalan avtomobillərə atəş açdığı bildirilir. İsrail hərbçiləri hücum edənlərdən ikisini öldürüb. Üçüncüsü qaçıb , lakin sonra o, saxlanılıb. İsrail baş təhlükəsizlik xidməti hücum edənlərin kimliyini müəyyən edib. Onların hər üçü Beytləhm bölgəsində yaşayır.

Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, polis və silahlı vətəndaşlar sayəsində son dərəcə böyük fəlakətin qarşısı alınıb.

Oxuməni.az