İki çoxmərtəbəli binada yanğın baş verib

İki çoxmərtəbəli binada yanğın baş verib

23 Fevral 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın Valensiya şəhərində yanğın iki çoxmərtəbəli yaşayış binasını bürüyüb, yanğın nəticəsində azı 4 nəfər ölüb , 6 xilasedici də daxil olmaqla azı 13 nəfər xəsarət alıb.

Yanğınsöndürənlər şəhərin mərkəzində hadisə yerinə gəlib, İspaniyanın hərbi fövqəladə hallar xidmətinin əsgərləri də səfərbər olunub, həkimlər yaralılara hadisə yerində müalicə etmək üçün böyük çadır qurublar.

Baş nazir Pedro Sançez qurbanlarla həmrəy olduğunu bildirib və artıq hadisə yerində işləyən bütün təcili yardım işçilərinə təşəkkürünü bildirib. Bəyanat X platformasında dərc olunub.

Oxuməni.az