Restorandakı yanğında 43 nəfər dünyasını dəyişib

Restorandakı yanğında 43 nəfər dünyasını dəyişib

1 Mart 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Banqladeşin paytaxtı Dəkkədə restoranda yanğın baş verib. Yanğın zamanı 43 nəfər ölüb, 22 nəfər xəsarət alıb. Digər tərəfdən xilasetmə qrupları 42-si huşsuz vəziyyətdə olan 75 nəfəri binadan xilas edə biliblər.

Banqladeşin paytaxtı Dəkkədə Kacchi Bhai adlı 7 mərtəbəli restoranda yanğın baş verib. Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib. Yanğın söndürüldükdən sonra Banqladeş Səhiyyə Naziri Samanta Lal Sen yanğında 43 nəfərin öldüyünü, 22 nəfərin yaralandığını açıqlayıb.

Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Oxuməni.az