Cəbhədən qaçan fərari silahlı zorakılığa əl atıb
Ukrayna ilə müharibədən qaçaraq evlərinə-Kaluqa vilayətindəki Optina Pustın qəsəbəsinə gələn fərari əlindəki silahla hara gəldi atəş açaraq əhalini təşvişə salıb. O, quldurluq məqsədi ilə içərisində iki qadın olan maşını zorla saxladaraq sərnişinlərə atəş açıb. Nəticədə qadınlardan biri yaralanıb.
Polis onu saxlamaq istəsə də fərari qaçaraq meşədə gizlənə bilib.
Onun izinə düşə biliblər. Fərari Rusiya Milli Qvardiyası tərəfindən saxlanılaraq müvafiq qurumlara təhvil verilib. İndi onu uzunmüddətli həbs cəzası gözləyir.
Oxuməni.az
Digər xəbərlər































































































