Qadın canavarların hücumuna məruz qalıb
Fransanın paytaxtı Parisdən təxminən 40 kilometr qərbdə yerləşən Thoiry şəhərində avtomobillər üçün ayrılmış safari zonasınada səhər qaçışı edən 36 yaşlı qadın canavarların hücumuna məruz qalıb. Ətrafdakılar qadının köməyinə çataraq, hücum zamanı ağır yaralanan qadını xəstəxanaya aparıblar.
Fransa mətbuatında çıxan xəbərdə bir qadının 3 canavarın hücumu nəticəsində boynundan, belindən və bir ayağından ağır yaralandığı bildirilib. Hələlik qadının yalnız nəqliyyat vasitələrinin keçə biləcəyi safari bölgəsinə niyə girdiyi bilinmir…
Oxuməni.az
Digər xəbərlər































































































