Litium akkumulyator zavodunda baş verən yanğın insan ölümünə səbəb olub

Litium akkumulyator zavodunda baş verən yanğın insan ölümünə səbəb olub

24 İyun 2024 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Litium akkumulyator zavodunda baş verən yanğın insan ölümünə səbəb olub.

Cənubi Koreyada litium akkumulyator zavodunda dəhşətli yanğın baş verib. Yanğın nəticəsində zavodda çalışan 20 nəfər ölüb, 100-ə yaxın adamın isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yonhap xəbər agentliyinin verdiyi məlumata görə, hadisə Seuldan 45 km cənubda, Hvasonda yerləşən Aricell zavodunun üç mərtəbəli binasında baş verib. Qeyd edilir ki, 2300 kvadratmetr ərazini əhatə edən yanğın zamanı ölənlərdən əlavə 23 nəfər də itkin düşüb.

Oxuməni.az