Yunanıstanda 24 saat ərzində 52 meşə yanğını baş verib

Yunanıstanda 24 saat ərzində 52 meşə yanğını baş verib

2 İyul 2024 08:25
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstanda son 24 saat ərzində 52 yerdə baş verən meşə yanğınlarından 44-nün nəzarətə götürüldüyü, digərləri ilə bağlı işlərin davam etdirildiyi bildirilib. Kos adasındakı vəziyyətin kritik olduğunu bildirən bələdiyyə sədri Teodasis Nikitaras Kardamaina bölgəsinin boşaldılması üçün göstəriş verdiyini açıqlayıb.

Həm bölgədən təxliyə edilən insanlar, həm də yanğınsöndürmə işlərinə qatılanlar üçün qida və suya ehtiyac olduğunu bildirən Nikitaras, imkanı olanları köməyə çağırıb.

Yüzlərlə sakin və turist avtobuslarla təhlükəsiz ərazilərə aparılıb. Evlərini və mehmanxanalarını tərk etməli olanlar ictimai binalara yerləşdirilir...

Oxuməni.az