Kafenin yaxınlığında baş verən partlayışda ölənlər və yaralananlar var

Kafenin yaxınlığında baş verən partlayışda ölənlər və yaralananlar var

15 İyul 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Somalinin paytaxtı Moqadişuda futbol üzrə Avropa çempionatının final matçının yayımlandığı kafenin yaxınlığında baş verən partlayışda 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən Somalinin Garowe internet nəşri X sosial şəbəkəsində məlumat yayıb.

Partlayışın kamikadze tərəfindən təşkil edildiyi qeyd edilir.

Hadisənin şahidi olan yerli sakinlər qeyd ediblər ki, partlayışın gücü otağın pəncərələrini sındırıb və dağıntılar ətrafa dağılıb. Yerli hakimiyyət orqanları və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini aydınlaşdırmağa başlayıb.

Oxuməni.az