Hərbi aerodrom yaxınlığında yanğın baş verib

Hərbi aerodrom yaxınlığında yanğın baş verib

16 İyul 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın şimalında Ərbil şəhərinin kənarında yerləşən Hərir hərbi aerodromunun yaxınlığında yanğın baş verib. Təfərrüatlar yerli mənbəyə istinadən Shafaq news xəbər verir.

“Yanğınsöndürmə briqadaları onu söndürməyə çıxıb, hələlik yanğının səbəbi məlum deyil”, - mənbə bildirib.

Ötən ilin noyabrında ABŞ-ın Ərbil vilayətindəki Harir hərbi bazasına pilotsuz təyyarə hücumu təşkil edib. Daha sonra, üç həftədən az müddətdə İraq və Suriyadakı Amerika bazaları ən azı 41 dəfə atəşə tutulub.

Bundan əvvəl Suriyanın şimal-şərqində yerləşən ABŞ hərbi bazasının pilotsuz uçuş aparatı və raketlərlə vurulduğu bildirilirdi.

Fevralın birinci yarısında Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Ömər neft yatağında yerləşən Amerika hərbi bazasına raket zərbələri endirilib.

Bundan əvvəl ABŞ bazasına edilən hücumlara görə kimin məsuliyyət daşıdığı məlum olub.

Oxuməni.az