Lüks oteldə 6 nəfər ölü tapılıb

Lüks oteldə 6 nəfər ölü tapılıb

17 İyul 15:42
Bəyəndim (0) Bəyənmədim (0)


Taylandın paytaxtı Banqkokda lüks oteldə Vyetnam vətəndaşları olduğu bilinən 6 nəfər ölü tapılıb.
Paytaxt Banqkokda yerləşən lüks oteldə günorta saatlarında 6 nəfərin meyiti aşkarlanıb. Otel işçilərinin xəbəri ilə hadisə yerinə gələn polislər ilkin araşdırmalar nəticəsində qrupun zəhərlənərək öldüyünü müəyyən ediblər.
Qrupun 7 nəfərlik oteldə rezervasiya etdiyi öyrənilərkən, polis araşdırmanı digər itkin şəxs üzərində cəmləşdirib. Otel otağına baxış zamanı stolların üzərində qəhvə və çay fincanları olub, lakin hər hansı bir döyüş və ya hücum faktı aşkar edilməyib.
Tayland polisi hadisə ilə bağlı mətbuata açıqlamasında təmizlik işçiləri tərəfindən otel otağında ölü tapılan 3 qadın və 3 kişinin Vyetnam vətəndaşları olduğunu təsdiqləyib və cəsədlərdə fiziki təsir əlamətlərinin olmadığını bildirib...
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Oxuməni.az