ABŞ səfirliyinə metal əşya atan şəxs həbs edilib

ABŞ səfirliyinə metal əşya atan şəxs həbs edilib

17 İyul 19:11
Bəyəndim (0) Bəyənmədim (0)


Madriddə İspaniya Mülki Qvardiyası milli komandanın futbol üzrə Avropa çempionatındakı qələbəsini qeyd edərkən ABŞ səfirliyinə metal əşya atan gənci saxlayıb, ABC hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

Mülki Qvardiya bildirib ki, İspaniyanın çempionatda qələbəsini qeyd edərkən bir nəfər ABŞ-ın Madriddəki səfirliyinə metal əşya atıb. Həmin şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra məlum olub ki, onun üzərində bıçaqlanma faktı ilə bağlı həbs qətimkan tədbiri seçilib.

Məqalədə qeyd olunur ki, iyulun 12-də Madridətrafı qəsəbələrdən birində 23 yaşlı gənc bıçaqlı silahla iki nəfəri yaralayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələr qeyd ediblər ki, böyük ehtimalla kişinin psixoloji problemləri var.

İyulun 15-də Almaniyada keçirilən 2024-cü il Avropa çempionatında qalib gələrək ölkəsinə qayıdan İspaniya milli futbol komandası Madriddə çempionluq paradı təşkil edib.

Oxuməni.az