İzmir şəhərində böyük meşə yanğını baş verib

İzmir şəhərində böyük meşə yanğını baş verib

19 İyul 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin İzmir şəhərində böyük meşə yanğını baş verib. Güclü külək nəticəsində yanğın yaşayış məntəqələrinə də çatıb. A Haber telekanalı xəbər verir ki, söndürmə işlərinə təyyarələr və helikopterlər cəlb olunub.

Dünən, iyulun 18-də Qaziemir və Buca rayonlarında meşəlik ərazilərdə yanğınlar baş verib. Bunun fonunda İzmirin beynəlxalq hava limanında fasilələr yaranıb. Axşam saatlarında alov yaşayış məntəqələrinə çatıb. Həlak olanlar barədə hələlik məlumat yoxdur.

Yanğının söndürülməsinə 7 təyyarə, 16 helikopter, 35 yerüstü texnika, 11 su maşını və 4 buldozer cəlb olunub. Qaranlıq çökdüyündən yanğın bölgəsinə gecəgörmə avadanlığı olan iki helikopter də gəlib.

Türkiyədə hər il yay aylarında böyük meşə yanğınları baş verir. 2023-cü ildə yanğınlar bir neçə əyalətə təsir etdi. Rusiya söndürmə işlərinə kömək etmək üçün iki Be-200ES təyyarəsi göndərib.

Oxuməni.az