Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda ölənlər var

Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda ölənlər var

24 İyul 2024 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Saurya Hava Yollarına məxsus təyyarə Katmanduda Tribhuvan Beynəlxalq Hava Limanında havaya qalxarkən qəzaya uğrayıb. Bu barədə Ndtv xəbər verir.

Təyyarənin göyərtəsində sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla 19 nəfər olub.

Təyyarənin qəzaya uğramasından sonra 18 nəfərin öldüyü elan edilib. Səlahiyyətlilər hadisə yerində axtarış-xilasetmə əməliyyatına başlayıb.

Saurya Hava Yollarına məxsus təyyarə Himalay respublikasının turizm mərkəzi olan Poxaraya gedirdi.

Oxuməni.az