QRU zabitinə qarşı sui-qəsd həyata keçirilib

QRU zabitinə qarşı sui-qəsd həyata keçirilib

24 İyul 2024 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Sinyavinskaya küçəsində yerləşən dayanacaqda “Toyota Land Cruiser” markalı avtomobildə partlayış baş verib.
Partlayışın qurbanı Müdafiə Nazirliyinin zabiti Andrey Torqaşev olub. Partlayış nəticəsində, o, ayaqlarını itirib, həyat yoldaşı da ağır yaralanıb. Bu barədə “Kommersant” yazır.

Əvvəllər o, QRU-da xidmət edib və öz bölməsində rabitəyə cavabdeh olub. Sui-qəsdin Ukrayna xüsusi xidmət orqanlarının və onların agentlərinin hərəkətləri ilə bağlı olması ehtimal edilir.

İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin idarənin mərkəzi aparatına işi nəzarətə götürməyi tapşırıb. Moskva İstintaq Komitəsinin müstəntiqləri və kriminoloqları hadisə yerinə baxış keçirirlər.

Oxuməni.az