Batan gəmidə olan üç nəfər rusu xilas etmək mümkün olmayıb

Batan gəmidə olan üç nəfər rusu xilas etmək mümkün olmayıb

24 İyul 2024 21:12
Bəyəndim (0) Bəyənmədim (0)

Folklend adaları yaxınlığında batan “Arqos Georgia” balıqçı gəmisində olan 3 Rusiya vətəndaşı həlak olub. Bu barədə iyulun 24-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiya”ya məlumat verib.

Günün əvvəlində səkkiz rusiyalının olduğu balıqçı qayığının batması nəticəsində 8 nəfərin öldüyü bildirilirdi. Göyərtəsində 27 nəfərin olduğu "Arqos Georgia" gəmisi Folklend adaları sahillərindən 500 km aralıda batıb.

Təhlükə siqnalı iyulun 22-i bazar ertəsi axşam saatlarında göndərilib. 14 ekipaj üzvü mövcud üç xilasedici qayıqdan ikisi ilə xilas ola bilib.

Oxuməni.az