Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

31 İyul 2024 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın cənubundakı Kerala ştatında bir neçə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb, Asian News International (ANI) iyulun 31-də ştatın səhiyyə departamentinin məlumatlarına istinadən xəbər verir.

“Xilasetmə əməliyyatları davam etdiyi üçün Wayanadda baş verən sürüşmə faciəsində ölənlərin sayı 143-ə yüksəlib”, - məlumatda deyilir.

Qeyd olunur ki, Vayanadın Çuralman bölgəsində xilasetmə əməliyyatları davam edir.

Bundan əvvəl, iyulun 30-da Hindistanın Kerala əyalətinin Vayanad rayonunun dağlıq ərazilərində torpaq sürüşməsi baş verib. İlkin olaraq 3-ü uşaq olmaqla 41 nəfərin öldüyü bildirilirdi. Hərbçilər fəsadların aradan qaldırılmasında, təcrid olunmuş ərazilərə körpülərin salınmasında iştirak edirlər. Hindistanın baş naziri Narendra Modi Kerala baş naziri Pinarayi Vicayan ilə əlaqə saxlayıb və onu əmin edib ki, Yeni Dehli təbii fəlakətlə mübarizədə ştata kömək edəcək.

Oxuməni.az