Yaponiyada qasırğa səbəbindən 500-ə yaxın aviareys ləğv ediləcək

Yaponiyada qasırğa səbəbindən 500-ə yaxın aviareys ləğv ediləcək

15 Avqust 2024 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 16-da Yaponiyada “Ampil” tayfunu səbəbindən 500-ə yaxın daxili reys ləğv ediləcək.

Belə ki, JAL aviaşirkəti 191 reysin ləğv edildiyini açıqlayıb. Ölkənin ikinci ən böyük aviadaşıyıcısı ANA tərəfindən ən azı daha 280 reys ləğv edilib.

JR ölkənin şərqində və şimal-şərqində bir neçə xətt üzrə Shinkansen güllə qatarı xidmətlərinin dayandırılmasını istisna etmir.

Meteoroloqların məlumatına görə, tayfun avqustun 16-da səhər saatlarında Yaponiyanın paytaxtı regionuna yaxınlaşacaq. Hazırda tropik tufanın keçdiyi ərazidə küləyin sürəti 30-45 m/s-ə çatır.

Oxuməni.az