Buryatiyada 6-7 bal gücündə zəlzələ baş verib

Buryatiyada 6-7 bal gücündə zəlzələ baş verib

20 Avqust 2024 09:13
Bəyəndim (0) Bəyənmədim (0)

Buryatiya ərazisində 6-7 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb.

Zəlzələnin episentri respublikanın Muiski rayonunun Severomuisk kəndindən 20 kilometr aralıda yerləşib. Yeraltı təkanların gücü Severomuiskdə 6, Taksimo kəndində 4, Ust-Muya kəndində 3 bal olub. Zəlzələ episentrdən 237 kilometr aralıda qeydə alınıb. Orada onun intensivliyi 2 bal idi.

Zəlzələ yerli vaxtla saat 01:19-da (Moskva vaxtı ilə 20:19) baş verib.

Bundan əvvəl alim Valeri Qavrilov bildirmişdi ki, avqustun 18-də Kamçatkada baş vermiş güclü zəlzələ 8 bal gücündə daha güclü seysmik hadisənin xəbərçisi ola bilər. Seysmoloqlar ondan sonra onlarla afterşokları hesablayıblar.

Oxuməni.az