İranda Pakistandan olan 35 zəvvar avtobus qəzasında həlak olub
İranın Yəzd şəhərində avtobusun iştirakı ilə qəza baş verib. Qəza nəticəsində 35 nəfər həlak olub, 15 nəfər isə ağır yaralanıb. “Anadolu”nun məlumatına görə, avtobusda pakistanlı zəvvarlar olub.
İlkin məlumata görə, qəzaya səbəb əyləcin sıradan çıxması olub. Avtobus Pakistandan İraqa gedirmiş.
Pakistan prezidenti Asif Əli Zərdari həlak olanlarla bağlı başsağlığı verib. O, Xarici İşlər Nazirliyinə həlak olanlara yardım göstərilməsi və həlak olanların meyitlərinin vətənlərinə çatdırılması ilə bağlı tapşırıqlar verib.
Oxuməni.az
Digər xəbərlər































































































