Xilasedicilər itkin düşən 6 nəfərdən beşinin cəsədini tapıblar

Xilasedicilər itkin düşən 6 nəfərdən beşinin cəsədini tapıblar

22 Avqust 2024 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

İtalyan xilasediciləri Siciliya sahillərində qəzaya uğrayan Bayesian yaxtasının yerində beş nəfərin cəsədini aşkar ediblər, BBC News xəbər verir. Dörd qurbanın cəsədi sahilə çıxarılıb, beşincisinin isə batmış gəmidən çıxarılmasına cəhdlər edilir.

Yaxtada olan daha bir nəfər itkin olaraq qalır. Cəsədləri tapılan şəxslərin adları İtaliya rəsmiləri tərəfindən hələlik açıqlanmayıb. Eyni zamanda, bəzi KİV-lər artıq ölənlər arasında yaxtada olan britaniyalı multimilyonçu Mayk Linç və qızı Hannanın da olduğunu açıqlayıb.

BBC News-un qeyd etdiyi kimi, İtaliya hakimiyyəti, ehtimal ki, həlak olanların ailələri ilə əlaqə saxlamaq və onları şəxsiyyətin müəyyən edilməsi paradına dəvət etmək üçün qəzadan sonra itkin düşən altıncı şəxsin tapılmasını gözləyir. Ölkə qanunvericiliyinə görə, şəxsin ölümü rəsmi təsdiqlənməmişdən əvvəl onun meyiti qohumları və ya yaxın adamları tərəfindən tanınmalıdır.

Oxuməni.az