Körpə ilanı dişləyərək öldürüb
Hindistanın Bihar əyalətində körpə oyuncaq hesab etdiyi ilanı dişləyərək öldürüb.
Hindustan «Times» qəzetinin məlumatına görə, ştatın Rajauli bölgəsində 1 yaşlı körpənin ailəsi uşaqlarının oynayarkən gördüyü ilanı dişlədiyini və bunun oyuncaq olduğunu düşündüyünü bildiriblər.
İlanın öldüyünü deyən ailə hadisədən sonra körpənin xəstəxanaya aparıldığını qeyd ediblər.
Səhiyyə rəsmiləri körpənin vəziyyətinin yaxşı olduğunu bildiriblər…
Oxuməni.az
Digər xəbərlər































































































