İslandiyada buz mağarasının çökməsi nəticəsində iki nəfər itkin düşüb

İslandiyada buz mağarasının çökməsi nəticəsində iki nəfər itkin düşüb

26 Avqust 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

İslandiyanın cənub-şərqində turist qrupunun əraziyə səfəri zamanı buz mağarasının çökməsi nəticəsində iki nəfər itkin düşüb, daha iki nəfər isə ağır yaralanıb. Bu barədə The Guardian yazır.

Mağara çökən zaman 25 nəfərlik qrup Breidamerkurjökull buzlaqında mütəşəkkil, bələdçili turda idi.

Sidurland polisi bazar günü deyib: "Dörd nəfər buzun altında qalıb, iki nəfər artıq xilas edilib və ağır yaralanıb".

"Buz mağarasında qalan iki nəfərin axtarışları davam edir", - məlumatda deyilir.

İslandiya mediası hadisə yerinə iki sahil mühafizə helikopterinin, həmçinin təcili yardım və polisin göndərildiyini bildirib.

Oxuməni.az