İsraildə dörd yaşlı uşaq tunc dövrünə aid amforanı sındırıb

İsraildə dörd yaşlı uşaq tunc dövrünə aid amforanı sındırıb

28 Avqust 23:25
Bəyəndim (2) Bəyənmədim (0)


İsrail muzeyində dörd yaşlı uşaq təsadüfən eksponatlardan birini,ən azı 3500 il yaşı olan qədim tunc dövrünə aid amforanı sındırıb.
Hayfadakı Qeht muzeyinə görə, gil qab eramızdan əvvəl 2200-dən tez və 1500-dən gec olmayaraq hazırlanmışdır ki, bu da onu olduqca nadir bir artefakt edir, çünki bütün amfora, demək olar ki, orijinal şəklində qorunub saxlanılmışdır.
“BBC” yazır ki, eksponat muzeyin birbaşa girişində nümayiş etdirilirdi və qoruyucu şüşə ilə
örtülməmişdi.Muzeyin izah etdiyi kimi, onlar arxeoloji tapıntıların maneəsiz nümayiş etdirilməsində xüsusi cazibə görürlər.
Muzey rəhbərliyi qırılan amforanın qəza olduğunu, uşağın isə heç bir günahının olmadığınıvurğulayıb.Uşağın bütün ailəsi təşkil edilmiş ekskursiya çərçivəsində yenidən sərgiyə dəvət edildi.
Eyni zamanda, muzey rəhbərliyi “BBC”-ni əmin edib ki, baş vermiş xoşagəlməz hadisəyə baxmayaraq, baryersiz və şüşə divarsız eksponatların nümayiş etdirilməsi təcrübəsi davam etdiriləcək.
Qeht muzeyi Hayfa Universitetinin ərazisində yerləşir.Burada arxeoloji tapıntılar və sənət əsərləri nümayiş etdirilir.
Almaz Həsənli