“Şanşan” qasırğası Yaponiyanı vurdu, hakimiyyət milyonlarla sakini təxliyə etdi

“Şanşan” qasırğası Yaponiyanı vurdu, hakimiyyət milyonlarla sakini təxliyə etdi

29 Avqust 18:09
Bəyəndim (0) Bəyənmədim (0)

"Şanşan" qasırğası Yaponiyanın cənub-qərbini vurub, elektrik şəbəkələrini sıradan çıxarıb, hava nəqliyyatını sıxışdırıb və böyük fabrikləri bağlamağa məcbur edib, Reuters xəbər verir.

Yapon səlahiyyətlilərinin bildirdiyinə görə, fırtınada ən azı üç nəfər ölüb, onlarla insan yaralanıb.

Avtomobil istehsalçısı Toyota bütün yerli zavodlarda, Nissan, Honda və çip istehsalçıları Renesas və Tokyo Electron isə bəzi zavodlarda fəaliyyətini dayandırıb.

Milli Meteorologiya Agentliyinin məlumatına görə, təbii fəlakət bölgəsində küləyin sürəti saatda 180 km-ə çatıb. Yaponiyanın yeddi prefekturasında 230 minə yaxın ev işıqsız qalıb.

Oxuməni.az