Moskvanın Domodedovo hava limanında azərbaycanlıları təhqir edirlər?
Sosial şəbəkələrdə bir qrup Azərbaycan vətəndaşına qarşı Moskvanın Domodedovo hava
limanında kobud rəftar edilməsi ilə bağlı məlumat yayılıb.
Azərbaycan KİV-ləri xəbər verir ki, ötən gündən deportasiya gözləyən 21 vətəndaşın hava
limanında saxlanıldığı, onlara yemək və su verilmədiyi bildirilir. Bundan başqa, onların tualetə
getməsinə icazə verilmir, hiddətini bildirənlərin isə Rusiya hüquq-mühafizə orqanlarının
əməkdaşları tərəfindən guya elektroşokla döyüldüyü və təhqir edildiyi iddia edilir.
Azərbaycan konsulu Ramin Səlimxanov mövcud vəziyyəti anlamaq və həmyerlilərinə lazımi
köməklik göstərmək üçün artıq Domodedovo hava limanına ezam olunub.
Oxuməni.az
Digər xəbərlər