
Bələdiyyə sədrinin müavini özünü öldürüb
Sumqayıtda intihar hadisəsi qeydə alınıb. Sumqayıt şəhəri, Köhnə Corat sakini, 1951-ci il təvəllüdlü, Corat qəsəbə Bələdiyyəsinin sədr müavini Rəhim Səfərəli oğlu Qulaməliyev "Nəsimi" adına parkda, ağacdan özünü asıb. Onun meyiti bu gün səhər saat 08.00 radələrində aşkarlanıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər