
Hudson ştatında helikopterin qəzaya uğraması nəticəsində "Siemens"in filial müdiri həlak olub
“New York Post” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, Almaniyanın “Siemens” konserninin İspaniya filialının rəhbəri Aqustin Eskobar ailəsi ilə birlikdə helikopterin Nyu-York yaxınlığında Hudson çayına düşməsi nəticəsində həlak olub.
Bundan əvvəl Nyu-York meri Erik Adams helikopterin Hudson çayına düşməsi nəticəsində 6 nəfərin öldüyünü təsdiqləyib. O bildirib ki, ilkin məlumata görə, helikopterin göyərtəsində İspaniyadan olan bir ailə olub.
Qəzet yazır: “Siemens" texnoloji şirkətinin İspaniya bölməsinin rəhbəri və onun ailəsi Hudson çayına düşmüş vertolyotun bədbəxt hadisənin qurbanı kimi müəyyən edilib... Qəza. nəticəsində "Siemens"in İspaniya prezidenti və baş direktoru Aqustin Eskobar, həyat yoldaşı və üç uşağı həlak olub”.
New York Post mənbələrinin məlumatına görə, helikopter pilotunun cəsədi hələlik müəyyən edilməyib.
Əziz Mustafa, Oxuməni.az