Kabab və manqal tüstüsü xərçəngə səbəb olur
Manqalda, kömürdə kabab bişirib, isti-isti yemək insana mənəvi dinclik verir. Kabab bu günə qədər ən sağlam qidalardan hesab olunurdu. Lakin müasir elektrik manqallar, eləcə də hazır kömürdə bişirilən kabab dədə-babalarımızın qidasından fərqlənir. Əsas da zərərləri ilə. Alimlər hətta kababın bir çox kişilərdə mədəaltı vəz xərçənginə belə səbəb ola biləcəyini açıqlayır.
Oxuməni.az-ın verdiyi xəbərə görə, kababın zərəri xeyrindən daha çoxdur. Kababın zərəri bunlardır:
1. Mədəaltı vəzi məhv edir
Alimlər çoxdan ayırd edib ki, tez-tez qrildə, manqalda, kömürdə qızardılmış ət - istər mal, istər qoyun əti - yemək bağırsaq və mədəaltı vəzin bədxassəli şişinə səbəb ola bilər.
Xüsusilə araqla birlikdə kabab qəbul edilməsi mədəaltı vəzi məhv edir.
Manqalda közdə qızaran zaman ətin üzərində əmələ gələn qızarmada kanserogen maddələr yaranır.
Alimlər 62 min amerikalının tibbi məlumatlarını araşdırıb. Onların 208 nəfərində mədəaltı vəzin xərçəngi əmələ gəlib. Məlum olub ki, məhz bu kişilər daha çox qrildə bişən ət yeyiblər.
Çox qızarmış ət yeyənlərin 70%-də xərçəng yaranma ehtimalı çoxdur.
2. Manqalın tüstüsü kanserogendir
Son tədqiqatlar göstərib ki, manqaldan çıxan ağ tüstü zərərli karbon qazının nəfəs yollarına dolmasına səbəb olur. Ona görə təkcə kababı yemək yox, manqalın yanında dayanmaqla da qazlarda olan kanserogen maddələr orqanizmə daxil olur. Müasir kömürlər yanan zaman bu maddə daha çox ayrılır. Bunu da Çin alimləri sübut edib ki, hətta manqal tüstüsü dəridən belə keçərək, orqanizmi zəhərləyir.
Ona görə də manqalda kabab bişirəndə tüstünün əksi istiqamətində durun, ancaq əti çevirəndə ona yaxınlaşın və manqalı süfrədən uzaqda yandırın. Uşaqların manqal tüstüsünü udmasına imkan verməyin.
3. Yüksək təzyiq
Həm təzyiqi olanlar, həm də sağlam insanlar əgər manqalda qızarmış əti tez-tez yeyərlərsə, hipertoniya xəstəliyi yarada və ya təzyiq xəstələrinin vəziyyətini daha da ağırlaşdıra bilər. Çox kabab yeyənlərdə 10 il sonra yüksək təzyiq xəstəliyi qaçılmazdır.