Ağdam Rayon Gülablı Kənd Uşaq Musiqi Məktəbinin şagirdləri "Qarabağ Azərbaycandır" klipini nümayiş etdiriblər

Ağdam Rayon Gülablı Kənd Uşaq Musiqi Məktəbinin şagirdləri "Qarabağ Azərbaycandır" klipini nümayiş etdiriblər

24 Dekabr 2023 10:11
Bəyəndim (24) Bəyənmədim (0)

Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Gülablı Kənd Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət "Qarabağ" İnsturmental Ansamblı "Qarabağ Azərbaycandır" klipini nümayiş etdiriblər.

Azərbaycan tarixinin qürur səhifəsi olan 44 günlük Vətən müharibəsi, hər birimizin qəlbində əbədi silinməz izlər buraxıb. Hər birimiz bu şanlı tarixin daha da əbədiləşməsi üçün daim nəsə etmək istəyirik. Artıq bu gündəlik işmizin bir hissəsinə çevrilib.

Bu gün oxuculara Ağdam rayon Gülablı Kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin hazırladığı "Qarabağ Azərbaycandır" klipi haqqında məlumat vermək istəyirəm. Əvvəlcə qeyd edim ki, "Qarabağ Azərbaycandır" klipinin ərsəyə gəlməsində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdam Rayon Gülablı Kənd Uşaq Musiqi Məktəbinin direktoru Aygün Hüseynovanın, məktəbin xalq çalğı alətləri üzrə şöbə müdiri Sədaqət Məmmədovanın və ən çox zəhməti olan Samir müəllim, eləcə də tələbələrin əməyi əvəzsizdir. Qeyd edim ki, "Qarabağ Azərbaycandır" klipinin yaranması haqqında danışan Samir müəllim, əvvəlcə bu mahnını tələbələrlə birlikdə tədbirlərdə səsləndirmək üçün ansambl şəklində hazırladıqlarını bildirdi. Sonradan bu mahnı ansamblın ifasında gözlədiklərindən də gözəl alındığı üçün məktəb rəhbərliyi ilə bilrlikdə "Qarabağ Azərbaycandır" mahnısına klip çəkdirmək qərara alındı. Xatırladım ki, artıq klipin ilk təqdimatı Dünya TV-də efir vasitəsi ilə yayımlanıb. Klipin yayımından sonra Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin direktoru Aygün Hüseynova klipdə bütün zəhməti olanlara, o cümlədən gənc istedadları ictimailəşdirən hər kəsə minnətdarlığını bildirib. Biz də Oxuməni.az ictimai-siyasi xəbər portalı olaraq, belə vətənpərvər övladlar yetişdirən müəllimlərimizə təşəkkür edirik və "Qarabağ Azərbaycandır" klipini saytımızda yayımlayırıq.

Murad Şahməmmədov