Sabah havanın dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir
Sabah respublikamızın ərazisində havanın dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq.
Azərbaycanın rayonlarında
Dekabrın 14-də havaşəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin z
























































.jpg)
.jpg)






.jpg)






























