Nazir Bakıda 10 TSEK-i ləğv etdi

Nazir Bakıda 10 TSEK-i ləğv etdi

13 Dekabr 2018 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayıb.

Nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) bundan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərəcək.

Səbail, Yasamal, Nəsimi

Binəqədi, Qaradağ

Nizami, Xətai, Nərimanov

Xəzər, Pirallahı

Suraxanı, Sabunçu

Qeyd edək ki, sözügedən xəbəri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı təsdiqləyib.( unikal.org)