"Dünya gözəli-2018" müsabiqəsinin qalibi Filippin təmsilçisi seçilib

"Dünya gözəli-2018" müsabiqəsinin qalibi Filippin təmsilçisi seçilib

17 Dekabr 2018 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

Filippin təmsilçisi Katriona Qrey beynəlxalq "Dünya gözəli-2018" müsabiqəsinin qalibi seçilib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, Qrey qalib tacını ötən ilin qalibi Demi-Li Nel-Pitersdən alıb. Müsabiqədə ikinci yeri Venesueladan olan Stefani Qutteres tutub.

Müsabiqə Banqkokda keçirilib.

Xatırladaq ki, ötən il Las-Veqasda keçirilən "Dünya gözəli-2017" yarışmasının qalibi Cənubi Afrika Respublikasını (CAR) təmsil edən model Demi-Li Nel-Piters olub.