Bu gün respublikamızın ərazisində yağış və qar yağacaq
Bu gün respublikamızın ərazisində yağış və qar yağacaq.
Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz olacaq.
Azərbaycanın rayonlarında
Dekabrın 17-də gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru isə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti təşkil edəcək.
























































.jpg)
.jpg)






.jpg)






























