Moskvada dəhşətli soyuqlar gözlənilir

Moskvada dəhşətli soyuqlar gözlənilir

17 Dekabr 2018 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Gələn həftə Moskvada ilin bu vaxtı üçün xarakterik olmayan dəhşətli soyuqlar proqnozlaşdırılıb.

Mediainfo.az-ın Rambler.ru-ya istinadən verdiyi məlumata görə, gələn həftənin əvvəllərindən başlayaraq paytaxtda 20-25, bəzi günlərdə 30 dərəcə şaxta olacaq.

Rusiya Hava Məlumatı Bürosunun verdiyi məlumata görə, güclü antisiklon Moskva və Moskvaətrafı ərazilərdə havaların 25-30 dərəcəyə qədər soyumasına səbəb olacaq. Bununla əlaqədar əhaliyə xəbərdarlıq edilib və zərurət yaranmayacağı təqdirdə küçəyə çıxmamaq tövsiyə edilib.